Kaset bombasının partlaması nəticəsində beş yəmənli uşaq ölüb və yaralanıb-Foto

Kaset bombasının partlaması nəticəsində beş yəmənli uşaq ölüb və yaralanıb-Foto

Yəməndə illərlə davam edən müharibədən qalan kaset bombalarının partlaması mülki vətəndaşların, xüsusilə də yəmənli uşaqları qurbana çevirməkdə davam edir.

Yəmənin qərbindəki Əl-Hədidə əyalətində kasset bombasının partlaması nəticəsində 1 uşaq ölüb, 4 nəfər yaralanıb.

Əl-Məsirə kanalının məlumatına görə, partlayış Əl-Huk şəhərində uşaqlar oynayan zaman baş verib. Kasset bombaları uzun illər itkilərə səbəb ola bilər.

Dünən Əl-Cəvf əyalətinin Əl-Həzm şəhərində kaset bombasının partlaması nəticəsində 3 yəmənli mülki şəxs həlak olub, 3 nəfər isə yaralanıb.

Bu adamların maşını bu bombalardan birinin üzərinə çıxıb və partlayışa səbəb olub.

Kaset bombaları Yəməndə yeddi illik müharibə zamanı Səudiyyə-Əmirlik koalisiyasının dəfələrlə istifadə etdiyi və beynəlxalq səviyyədə qadağan olunmuş silahlar sırasındadır.

Piyadaların itkisi üçün nəzərdə tutulan bu bombalar çoxlu sayda böyük bir əraziyə düşür və bir şəxs və ya avtomobil təkəri onlara dəyib partlamağa səbəb olana qədər partlamır.

İnsan təşkilatları müharibə zamanı dəfələrlə ABŞ-ı Səudiyyə koalisiyasına bu cür bombaların satışını dayandırmağa çağırıb və bu tələbə əsla məhəl qoyulmayıb.

“İntisaf” insan haqları təşkilatının 2022-ci il martın 24-ündə açıqladığı son rəqəmlərə görə, Yəməndə 7 illik müharibənin əsas qurbanları arasında uşaqlar, qadınlar və mülki şəxslər var.

Müharibə zamanı 6264 qadın və uşaq öldürülüb, onlardan 2428-i qadın, 3848-i isə uşaqdır.

Bu arada koalisiya qüvvələrinin hücumlarında 2852 qadın və 4217 uşaq isə yaralanıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 + 14 =