Bu, Rusiya üçün qabuledilməzdir – Lavrov AÇIQLADI
Publika.az bunu xarici KİV-lərə istinadən xəbər verir ki, bunu Rusiya Xarici işlər naziri Sergey Lavrov deyib.
Kiyevlə aparılan danışıqlar prosesini şərh edən nazir deyib ki, danışıqlar əsasında razılığın əldə olunmaması bir daha Kiyevin əsl niyyətini və əldə edilmiş razılaşmaları geri çevirməklə danışıqları uzatmaq, hətta yolundan çıxarmaq meylini göstərir:
“Liderlərin görüşündə Krım və Donbas məsələlərinin müzakirəsi təklif edilir. Ukrayna növbəti mərhələdə qoşunların çıxarılmasını xahiş edəcək. Bu, qəbuledilməzdir”.
Lavrov həmçinin iddia edib ki, Vaşinqton və müttəfiqləri Kiyev administrasiyasına nəzarət edir və Ukrayna prezidenti Vladimir Zelenskini münaqişəni davam etdirməyə məcbur edir”.
Bundan əlavə, Lavrov Ukraynanı əvvəllər təqdim edilmiş saziş layihəsində Rusiya da daxil olmaqla, bütün “qarant ölkələrin” razılığı ilə Ukrayna ərazisində mümkün hərbi təlimlərin keçirilə biləcəyi barədə müddəaya dəyişiklik etməkdə ittiham edib.
Ukraynanın beynəlxalq təhlükəsizlik təminatlarının Krıma aid olmadığına dair təklifini geri götürdüyünü vurğulayan nazir, Rusiyanın Ukraynanın “təxribatlarına” baxmayaraq, danışıqları davam etdirmək niyyətində olduğunu bildirib.
Publika.az