BƏƏ-də israilli qadın ölüm cəzasına məhkum edilib
BƏƏ məhkəməsi işğal altındakı Fələstində yaşayan qadını yarım kilo kokain daşıdığına görə ölüm cəzasına məhkum edib.
BƏƏ cinayət məhkəməsi işğal altındakı Fələstində yaşayan israilli qadını yarım kiloqram kokain maddəsi saxlamaq və daşımaqda ittiham edərək ölüm cəzasına məhkum edib.
Əmirlik agentləri bu qədər kokaini keçən il “Fada Keyvan” adlı 43 yaşlı qadının evindən aşkar ediblər. Eyni zamanda, İsrail mediası onun döyülərək cinayətini etiraf etdiyini təlqin etməyə çalışır.
Qadının vəkili bildirib ki, 30 gün ərzində məhkəmənin qərarından apellyasiya şikayəti verəcək və hökmü pozmaq üçün Təl-Əviv və digər rəsmilərdən kömək almağa çalışacaq. İsrail Xarici İşlər Nazirliyi də bu məsələdən xəbərdar olduğunu bildirib.
2019-cu ildə İsrail və Amerika vətəndaşlığı olan Nəima Yəsxar” adlı qadın Rusiyada narkotik saxlamaq və daşımaq ittihamı ilə edam cəzasına məhkum edilmişdi. Həmin vaxtlar İsrailin o zamankı Baş naziri Binyamin Netanyahu hərəkətə keçdi və nəticədə qadın sərbəst buraxıldı.
Müsahibədə Fəda Keyvanın vəkili Tel-Əviv rəsmilərini və ibranidilli medianı Nəima Yasxar üçün etdikləri kimi, müvəkkili üçün də etməyə çağırıb.
2020-ci ilin dekabr ayında sionist rejimin 13-cü kanalı Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərinə səfər edən turistlərin sayının artması ilə bağlı xəbər yayaraq, “Dubay”ın dünyanın “fahişəlik paytaxtı”na çevrildiyini bildirib.
Şəbəkəyə görə, BƏƏ ilə İsrail rejimi arasında münasibətlərin normallaşdırılmasına dair razılaşma israilli gənclər üçün Dubayı böyük qüllələr və dəbdəbəli avtomobillərlə yanaşı, fahişəliklə bağlı cəlbedici bir məkana çevirib.