Yəmən mediası: Mənsur Hadi Ali-Səudun ev dustaqlığında olduğu zamanı istefa verib

Yəmən mediası: Mənsur Hadi Ali-Səudun ev dustaqlığında olduğu zamanı istefa verib

Ər-Riyaddakı məlumatlı mənbələr Yəmənin istefa vermiş Prezidentinin ev dustaqlığında olması və Ali-Səudun təzyiqi ilə Yəməndə hakimiyyətdən getməsi barədə məlumat yayıb.

Ər-Riyaddakı bəzi mənbələr Yəmənin istefa vermiş və fərari Prezidenti Mənsur Hadinin ev dustaqlığında olduğunu bildirib.

“Əl-Xəbəril-Yəməni”nin məlumatına görə, Mənsur Hadi Ali-Səud rejimi tərəfindən ev dustaqlığındadır və onun təzyiqi ilə Yəməndə hakimiyyətdən istefa verib və Səudiyyə Ərəbistanı Yəmən prezidentliyinin rəhbərlik şurasını formalaşdırıb.

Xəbər mənbələri cümə axşamı xəbər veriblər ki, Mənsur Hadi bütün səlahiyyətlərini Prezident Şurasına təhvil verib.

Mənsur Hadi Rəşad Əl-Aliminin başçılıq etdiyi səkkiz hərbi və siyasi komandirdən ibarət prezidentlik şurasının yaradılması və bütün səlahiyyətlərinin şuraya verilməsi haqqında fərman verib. Bununla da səlahiyyətləri keçid dövrünü idarə edən şuraya keçib.

Yəmənin istefa vermiş Prezidentinin bəyanatında deyilir: “Bu bəyannaməyə əsasən, mən Konstitusiyaya, Fars Körfəzi Təşəbbüsünə və onun icra mexanizminə uyğun olaraq bütün səlahiyyətlərimi geri qaytarılmayacaq şəkildə Prezident Şurasına verirəm”.

Məlumata görə, Yəmənin istefa vermiş Prezidenti Mənsur Hadinin Ər-Riyaddakı məsləhətləşmələrdən kənarlaşdırılması koalisiyanın onu devirmək siyasətinin göstəricisidir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × three =