Ramazan ayında sionist hərbi hücumları davam edir: Beş fələstinli həbs edilib

Ramazan ayında sionist hərbi hücumları davam edir: Beş fələstinli həbs edilib

İsrail qüvvələri bu gün səhər (cümə axşamı) İordan çayının qərb sahilinə hücum edərək Fələstin xalqına qarşı təcavüzün ardınca beş fələstinlini həbs edib.

Yerli mənbələr İsrail qüvvələrinin Ramazan ayının əvvəlindən bəri müxtəlif bölgələrdə hücumlarını artıraraq Fələstin vətəndaşlarını həbs etməyə davam etdiyini bildirib.

Sionistlər bu səhər (cümə axşamı) heç bir səbəb olmadan İordan çayının qərb sahilinə genişmiqyaslı hücum və sakinlərlə toqquşmalarda beş fələstinlini həbs ediblər.

Sionist rejim müqəddəs Ramazan ayının əvvəlindən işğal altındakı Qüdsün Babəl-Əmud məhəlləsində 10-u uşaq olmaqla, azı 40 fələstinlini həbs edib.

Ötən gecə işğal olunmuş Fələstində müqəddəs Ramazan ayının beşinci gecəsi sionist hərbçilər Məscidül-Əqsa yaxınlığındakı Babəl-Əmud bölgəsində yenə fələstinli oruc tutanlara hücum ediblər.

Məlumata görə, işğalçıların təcavüzünə qarşı durmağa çalışan bir neçə fələstinli gənc yaralanıb, 4 fələstinli isə həbs edilib.

Sionist yaraqlılar işğal altındakı Qüds, Babəl-Əmud, Əl-Sahirə, Sultan Süleyman və Nablus küçələrində geniş şəkildə mövcuddur.

Bəzi KİV-lər sionist yaraqlıların dəyənək, gözyaşardıcı qaz, səs bombası və plastik güllələrlə fələstinlilərə hücum etdiyini bildiriblər.

Sionist mediası rejim hərbi rəsmilərinin fələstinlilərin şəhadətindən qorxaraq işğal altındakı Qüdsə 200 xüsusi təyinatlı əsgər göndərdiyini bildirib.

Sionistlərin hücumlarından sonra Həmas İslami Müqavimət Hərəkatı rejimin işğal olunmuş Qüdsdəki hərəkətlərinin nəticələri barədə xəbərdarlıq edib.

Bu barədə Fələstin İslami Müqavimət Hərəkatının (HƏMAS) siyasi bürosunun rəhbərinin media müşaviri Tahir Ən-Nunu bildirib:

İşğalçı rejim Əl-Əqsa məscidi daxilində və ətrafında, xüsusilə də, Babəl-Amud bölgəsində təxribat xarakterli hərəkətlərin nəticələrinə görə məsuliyyət daşıyır.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

3 × 5 =