Böyük Britaniya Ukraynaya ağır zirehli texnika verəcək
Britaniya Ukrayna ordusuna “Mastiff” adlı ağır zirehli texnika verəcək.
“Report” xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Ben Uolles “Sky News”a müsahibəsində deyib.
Bildirilib ki, 23 tonluq zirehli texnika 8 əsgər və 2 ekipaj üçün nəzərdə tutulub. Məlumata görə, bu silah Ukrayna ordusuna əks-hücum əməliyyatları keçirməyə imkan verəcək.
Qeyd edək ki, “Mastiff” ağır zirehli texnikası Əfqanıstan münaqişəsi zamanı əldəqayırma partlayıcı qurğuları zərərsizləşdirmək məqsədilə hazırlanıb.
Report.az