Həşdi Şəbi: Müqavimət qrupları ABŞ tamamilə qovulmayana qədər silahlarını yerə qoymayacaq

Həşdi Şəbi: Müqavimət qrupları ABŞ tamamilə qovulmayana qədər silahlarını yerə qoymayacaq

Həşdi Şəbi təşkilatının rəhbəri bu təşkilatla İraq müqavimət qruplarının əməliyyatları arasında heç bir əlaqənin olmadığını vurğulayarıb və Amerika qoşunları tamamilə çıxarılmayana qədər müqavimət qruplarının silahlarını yerə qoymayacağını bildirib.

İraq Xalq Səfərbərlik Təşkilatının rəhbəri Faleh Əl-Fəyyaz İraqın Əl-Şərqiyyə kanalına deyib: “İraqdakı silahlı müqavimət qruplarının bütün silahlarını təhvil verməkdə heç bir problemi yoxdur. Bu, yeni hökumət qurulmayana və ABŞ qoşunları ölkəni tərk etməyənə qədər baş verməyəcək.”

Əl-Fəyyaz onu da vurğulayıb ki, Həşdi Şəbi daha əvvəl Əs-Sədr fraksiyasının lideri Müqtəda Sədrin silahların bir neçə ay ərzində təhvil verilməsi tələbi ilə razılaşıb.

İraqın yeni kabinetinin formalaşdırılması üzrə danışıqlar zamanı Sədr fraksiyasının lideri Müqtəda Sədr Həşdi Şəbi kabinetdə iştirakı müqabilində müqavimət qruplarının silahların təhvil verilməsi məsələsini qaldırıb.

Əl-Fəyyaz bildirib ki, müqavimət qruplarının İraq hökuməti və ya Həşdi Şəbi təşkilatı ilə heç bir əlaqəsi yoxdur, lakin müqavimət qruplarının koordinasiya qrupu öz varlığını bəyan edən və müəyyən əməliyyatlar həyata keçirən mənəvi bir qurumdur. Həşdi Şəbi ilə bu qruplar arasında heç bir müdaxilə yoxdur.

O əlavə edib: “Ola bilsin ki, Həşdi Şəbi qüvvələri ilə müqavimət qüvvələri arasında fərdi oxşarlıqlar olsun. Amma onların arasında birbaşa əlaqə yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seven − three =