Paşinyan Putini Brüssel görüşü barədə məlumatlandırıb

Paşinyan Putini Brüssel görüşü barədə məlumatlandırıb

Aprelin 9-da Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın Baş naziri Nikol Paşinyan arasında telefon danışığı olub.

APA xəbər verir ki, bu barədə Ermənistan Nazirlər Kabinetinin mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, tərəflər Qarabağda qeydə alınmış son gərginliyi müzakirə ediblər.

N. Paşinyan Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel və Azərbaycan Prezidenti İlham Əliyevlə aprelin 6-da Brüsseldə keçirilmiş görüşün nəticələri barədə Rusiya liderini məlumatlandırıb.

Bundan başqa, tərəflər Azərbaycan və Ermənistan arasında sərhədlərin delimitasiyası ilə bağlı işlərə başlanması və sülh müqaviləsinin imzalanmasına dair razılaşmanın vacibliyini qeyd edib.

Vladimir Putin qeyd olunan proseslərə hər cür dəstək verməyə hazır olduğunu bildirib.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

19 − sixteen =