Sionistlər Asqəlanda özününküləri vurub: Bir sionist öldürülüb
İsrail hərbçiləri səhvən Əsqəlanda bir sionist şəhər sakinini güllələyiblər.
Fələstinlilərlə sionist yaraqlılar arasında toqquşmalar davam edir. Bu gün iki fələstinli qadın və bir qız şəhid edilib.
Şahab xəbər agentliyi ibrani mənbələrinə istinadən xəbər verir ki, sionistlər bir gənc fələstinlinin işğal olunmuş Fələstinin Əsqəlan məntəqəsində bir sionist zabitin silahını ələ keçirmək istədiyini iddia edib.
Sionistlər iddia ediblər ki, gənc fələstinli “Binyamin” qoşunu zabitlərindən birinin silahını ələ keçirməyə çalışıb və sionist zabit ona atəş açıb.
İbrani “Kan” kanalı bir az əvvəl xəbər vermişdi ki, bu sionist zabitin silahını ələ keçirmək istəyən şəxs Fələstin vətəndaşı deyil, yəhudidir.
Kanal, həmçinin bildirib ki, həmin şəxs dəlixanadan qaçıb və M-16 silahını sionist zabitdən almağa çalışıb.
Binyamin ordusunun zabiti, bu adam ona tərəf qaçdığını gördükdə, dayanmasını tələb edib. Amma bu şəxs ona tərəf qaçdıqda, sionist zabit onu güllələyib.
Bu sionistin aşağıdakı şəkli də dərc olunub:
Bu bazar günü axşam bir gənc fələstinli qadın İbrahimi hərəmi yaxınlığında sionist əsgərlər tərəfindən güllələnib. Sionist media fələstinli qadının sionist sərhədçi zabitini bıçaqladığını iddia edib.
Fələstin Səhiyyə Nazirliyi bu gün günorta saatlarında Beyti-Ləhmdən olan “Ğadə İbrahiməli Əl-Əridi” adlı fələstinli qadının Beyti-Ləhmin qərbindəki Husən kəndində işğalçı rejim qüvvələrinin açdığı atəş nəticəsində şəhid olduğunu açıqlayıb.
Altı uşaq anası olan 47 yaşlı Ğadə İbrahim Husan kəndinin şərq girişindəki Əl-Mətinə bölgəsində sionist silahlılar tərəfindən güllələnib.