Ənsarullah Rəhbəri: Dünya təcavüzkarların məğlubiyyətinə əmin oldu

Ənsarullah Rəhbəri: Dünya təcavüzkarların məğlubiyyətinə əmin oldu

Yəmən inqilabının mənəvi lideri bəyan edib ki, bu gün dünya Yəmən xalqının müqavimətinə qarşı təcavüzkar koalisiyanın aşkar məğlubiyyətinə və sona çatmasına əmindir.

Yəmən inqilabının ruhani lideri Seyid Əbdülməlik Bədrəddin Əl-Husi mübarək Ramazan ayının onuncu gecəsi münasibətilə etdiyi çıxışında vurğuladı: “Böyük ibadət olması ilə yanaşı, səbrin ən mühüm bərəkətlərindən biri də düşmənə qarşı mühüm silah hesab edilməsidir.”

O, izah edib: Düşmən sanksiya və zülmə əl atmaqla milləti zəiflətmək və təslim olmağa məcbur etmək istəyir, çünki düşmən millətin ruhiyyəsini məhv etmək, ümidsizlik və tam məğlubiyyət hissi yaratmaq ardıncadır.

Əl-Husi əlavə edib: “Ümmət öz iradəsini, ciddiliyini və məsuliyyət hissini yüksəldəndə və düşmən ümmətin şüurlu reaksiyasını gördükdə, bunun mühüm nəticələri olur. Beləliklə, düşmən məyus olur və özünü məğlub və gücsüz hiss edir və sonda təslim olmağa məcbur olur.

Yəmən İnqilabının Rəhbəri vurğulayıb: Böyük Yəmən xalqı təcavüzkar koalisiyasının təcavüzünün əvvəlindən bu rejimin çoxsaylı cinayətlərinə və onun amansız mühasirəsinə baxmayaraq, müqavimət göstərmiş və millətimizin səbri ilə düşmən çıxılmaz vəziyyətə düşmüşdür.  Həmçinin, aşkarcasına məğlubiyyətə düçar olmuşdur ki, bütün dünya bunu dərk edir və bundan danışır.

Əl-Husi əlavə edib ki, Yəmənə qarşı təcavüzkarlar məqsədlərinə çata bilməyiblər və uğursuzluqlarla üzləşiblər. Halbuki, millətimiz çoxlu qələbələr əldə edib və məhz Yəmənə qarşı bu təcavüz bu xalqın öz hərəkatını davam etdirməsi üçün mühüm motivasiya olub. Bütün bunlar səbir tələb edir.

Allah-taala Ali-İmran surəsinin 200-cü ayəsində buyurur: “Ey iman gətirənlər! (Çətinliklər qarşısında) səbirli olun, düşmənlər qarşısında dözümlü olun, sərhədlərinizin keşiyində durun və Allahdan qorxun ki, bəlkə, nicat tapasınız!”

Yəmən inqilabının lideri həmçinin vurğulayıb: Səbirlə nəhayət ki, düşmən vasitələrin işləmədiyini və reaksiyasının onun istədiyinin əksinə olduğunu görür. Məsələ burasındadır ki, xalqlar ancaq səbrə arxalanaraq nicat tapa, çətinliklərlə üzləşə və böyük missiyalara başlaya bilərlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fifteen − 13 =