Çin ABŞ-ı dünyanın “bir nömrəli iqtisadi qulduru” adlandırıb

Çin ABŞ-ı dünyanın “bir nömrəli iqtisadi qulduru” adlandırıb

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Vaşinqtonu dünyanın bir nömrəli iqtisadi qulduru adlandıraraq, ABŞ-ın sanksiyalarını və İran və Rusiya da daxil olmaqla, digər ölkələrin aktivlərinə təcavüzünü əsas gətirib.

Çin Xarici İşlər Nazirliyinin sözçüsü Hua Chun Ying Tvitter hesabında ABŞ-ın dünyanın bir nömrəli iqtisadi qulduru olduğunu bildirib. ABŞ-ın pul siyasətinə və müdaxilələrinə toxunaraq yazıb:

“Böyük kəmiyyət yumşalması (QE) ilə faiz almaq, İranın valyuta ehtiyatlarının dondurulması (Forex), Əfqanıstanın aktivlərinin ələ keçirilməsi, Rusiyanın 300 milyard dollarlıq qızıl-valyuta ehtiyatları və qurumlarının və fiziki şəxslərin xarici aktivlərinin dondurulması – şübhəsiz ki, bunlar ABŞ-ın dünyanın bir nömrəli iqtisadi qulduru olması üçün kifayətdir.”

Bundan əvvəl Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov qərbliləri “quldurlar” adlandırıb və onların Moskvanı təcrid edə bilməyəcəklərini bildirib.

O, Ukrayna böhranından sonra ABŞ və Qərbin Rusiyaya qarşı tətbiq etdiyi sanksiyalara toxunaraq, qərbliləri iqtisadi piratçılıqda ittiham edib və Rusiyanın mütləq cavab verəcəyini deyib.

Kremlin sözçüsü əlavə edib: “Bu, Rusiyanın təcrid olunduğu anlamına gəlmir. Dünya ABŞ və Avropa üçün Rusiya qədər böyük bir ölkəni təcrid etmək üçün çox böyükdür. Dünyada çoxlu ölkələr var.

Rusiyanın Ukraynada keçirdiyi xüsusi əməliyyatdan sonra Qərb ölkələri Rusiyaya qarşı ciddi sanksiyalar tətbiq edərək, onu İran və Şimali Koreyadan sonra dünyanın ən böyük sanksiyaya məruz qalan ölkəsi edib.

Martın ortalarında Bloomberg xəbər saytı bildirmişdi ki, ABŞ və müttəfiqləri Rusiyaya qarşı 2778 yeni sanksiya tətbiq etməklə onu zirvəyə yüksəldiblər.

Bu xəbər saytı yazıb: Rusiya 10 gün ərzində İran və Şimali Koreyanı geridə qoyaraq, dünyada ən çox sanksiyaların hədəfində olan ölkəyə çevrildi. Bundan əvvəl İran 3616 sanksiya ilə sanksiya tətbiq edilən ölkələr siyahısının başında dururdu.

Rusiya sanksiyaların elan edilməsini özünə qarşı “müharibə elanı” adlandırıb və bəzi qarşılıqlı tədbirlər görərək buna cavab verməyə çalışıb. Bu yaxınlarda Vladimir Putin Moskvanın bəzi “dost olmayan ölkələrə” qaz satışı üçün ölkəsinin milli valyutası olan rubl tələb edəcəyini açıqlamışdı.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty + 10 =