İordaniya və Tel-Əvivin Əl-Əqsa məscidinə qarşı işbirliyinin ifşası

İordaniya və Tel-Əvivin Əl-Əqsa məscidinə qarşı işbirliyinin ifşası

Livanın “Əl-Əxbar” qəzeti İordaniyanın Məscidül-Əqsada fələstinlilərə qarşı təzyiqlərdə sionist rejimlə əməkdaşlığını ortaya qoyan qeydlər dərc edib.

İordaniyadan pul alan Əl-Əqsa məscidinin rəhbəri sionist mühacirlər tərəfindən “Yəhudilərin Pasx bayramı” münasibətilə Məscidül-Əqsaya hücumu və nəzir etdikləri qurbanları orada kəsmək planının açıqlanması ilə eyni vaxtda Ramazan ayının son on günündən əvvəl hərəmdə etikaf keçirmək fələstinlilərə qadağan olunub.

Qərar fələstinlilər arasında geniş narazılıq yaradıb və eyni zamanda müqavimət hakimiyyətə xəbərdarlıq mesajları göndərərək, nəyin bahasına olursa olsun, Məscidül-Əqsada yəhudilərin bayramının qeyd olunmasına və məsciddə qurban kəsmələrinə icazə verməyəcəklərini bəyan ediblər.

Livanın “Əl-Əxbar” qəzeti bununla bağlı yazıb: “Fələstinlilərin Məscidül-Əqsada etikafının qarşısının alınması qərarı Fələstin Vəqflər Nazirliyinin imzası ilə verilsə də bu qərarda İordaniyanın rolu göz ardı etmək olmaz.”

Fələstinli müqavimət qruplarından alınan məlumatlar müdaxilənin İordaniyanın qəyyumluğu ilə həyata keçirildiyini və Məscidül-Əqsada etikafın qadağan edilməsi qərarının rejimin səfərindən sonra iordaniyalılarla işğalçı hakimiyyət arasında əldə edilən anlaşmaya əsaslandığını göstərir.

Mənbə əlavə edib: Nə üçün İordaniya sionist mühacirlərin məscidə daxil olmasının qarşısını almaq üçün müdaxilə etmir?

Mənbə vurğulayıb: “İordaniyanın Vəqflər Nazirliyi Əl-Əqsa məscidinin (İordaniya Vəqfinə bağlı) direktoru Ömər Əl-Kəsvaniyə müqəddəs ayın son on günündən əvvəl Məscidül-Əqsada etikafın qarşısını almağı əmr edib.

Qərar fələstinlilərin ötən bazar ertəsi yəhudi ayinlərinin Məscidül-Əqsada icrasının qarşısını almaq üçün etikafa çağırışlarından sonra verilib.

Bununla bağlı HƏMAS hərəkatındakı bəzi mənbələr müqavimət hərəkatının Əl-Əqsa məscidi və Cənin qaçqın düşərgəsinin vəziyyəti ilə bağlı vasitəçilərə ikili mesajlar göndərdiyini bildiriblər:

 “Heç bir pozuntu məqbul olmayacaq və HƏMAS hərəkatı bu iki məsələ ilə bağlı öhdəliklərini yerinə yetirəcək və qurbanın nəyin bahasına olursa olsun, Əl-Əqsa məscidində kəsilməsinə icazə verməyəcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + 12 =