Daha bir fələstinlinin şəhadəti: İordan çayının qərb sahilində şəhidlərin sayı 5-ə çatıb

Daha bir fələstinlinin şəhadəti: İordan çayının qərb sahilində şəhidlərin sayı 5-ə çatıb

Sionist işğalçılar işğal olunmuş ərazilərdə təcavüzlərini davam etdirərkən daha bir fələstinlini şəhid ediblər.

Ərəbcə Sky News-un məlumatına görə, İsrail ordusu bu gün (çərşənbə axşamı) bir fələstinlinin şəhadətini elan və onun İsrail polisini bıçaqlamaq niyyətində olduğunu iddia edib.

Fələstin Qırmızı Aypara Cəmiyyəti daha əvvəl dünən səhər (bazar ertəsi) Nablusun cənubunda İsrail qüvvələri ilə fələstinlilər arasında baş verən qarşıdurmada 24 fələstinlinin yaralandığını açıqlamışdı.

Xəsarət alanlardan 4-ü uşaq və bir ailənin üzvləridir, onlar müalicə üçün Nablusdakı xəstəxanaya aparılıb.

Bazar günü axşam saatlarında İsrail işğalçılarının Cəninə hücumu nəticəsində yaralanan “Məhəmməd Zəkanə” adlı gənc fələstinli bazar ertəsi aldığı şiddətli xəsarətdən şəhid olub.

Sionist hərbçilər həmçinin bazar ertəsi səhər Beyti-Ləhm şəhərinin qərbindəki Əl-Xizr şəhərinin sakini Məhəmmədəli Qənimini Nablusun Beyta şəhərinin girişində güllələyiblər.

Çərşənbə axşamı günü daha bir fələstinlinin şəhid olması ilə İordan çayının qərb sahilində son 48 saatda şəhidlərin sayı 5-ə çatıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 19 =