Nyu-York metrosuna SİLAHLI HÜCUM: xəsarət alanların sayı 29-a çatdı – VİDEO

Nyu-York metrosuna SİLAHLI HÜCUM: xəsarət alanların sayı 29-a çatdı – VİDEO

Publika.az xəbər verir ki, bu barədə NY1 telekanalı xəbər verib.

“10 nəfər güllə yarası alıb, yaralıların ümumi sayı 24-ə çatıb və daha da arta bilər”, – aparıcı bildirib.

CNN isə yerli xəstəxanaların məlumatlarına istinadən bildirib ki, atışma nəticəsində azı 29 nəfər xəstəxanaya yerləşdirilib.

Zərərçəkənlərin əksəriyyəti – 21 nəfər güllə yaraları və tüstüdən zəhərlənmə diaqnoqları ilə hadisə yerinə yaxın yerləşən “NYU Langone” xəstəxanasına çatdırılıblar. Zərərçəkənlərdən 10-u artıq evə buraxılıb, digərlərinin həyatı və sağlamlığı üçün heç bir təhlükə yoxdur.

Qeyd edək ki, çərşənbə axşamı səhər “36th Street” metrostansiyasında atışma baş verib. Polis rəisi Kişant Suelin sözlərinə görə, hadisəni törətməkdə şübhəli bilinən afroamerikalı hələ də axtarışdadır. Suel bildirib ki, yaşıl rəngli inşaatçı jiletli bir şəxsin əleyhqaz taxdığı qeydə alınıb, o, içində tüstünün olduğu kanistri açıb, daha sonra isə sərnişinləri təqib edərək onlara atəş açmağa başlayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − 5 =