Polşada casusluq edən rus agent ələ keçirildi
Publika.az xəbər verir ki, bu barədə DW Polşa Prokurorluğuna istinadla məlumat yayıb.
Rusiyalı Qdanskda hərbi jandarm əməkdaşları tərəfindən saxlanılıb. Məhkəmə onun barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçib.
Polşa Hərbi Əks-Kəşfiyyat Xidmətinin məlumatına görə, rusiyalı hərbi hissələr, onların texnikası və şəxsi heyətin vəziyyəti haqqında məlumat toplayıb.Şübhəlini 10 ilə qədər həbs gözləyir.
Xatırladaq ki, martın 23-də Polşa Rusiya səfirliyin 45 diplomatını və Polşadakı Rusiya ticarət missiyasının nümayəndələrini persona non-qrata elən edib. Polşa tərəfi bu qərarı diplomatik münasibətlər haqqında Vyana Konvensiyasına zidd olan diplomatların fəaliyyəti ilə əsaslandırıb.
Diplomatlar beş gün ərzində Polşanı tərk etməli idilər.
Publika.az