Bu gün Qurban Qurbanovun yubileyidir!

Bu gün Qurban Qurbanovun yubileyidir!

Bu gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun ad günüdür. Azərbaycanlı məşqçinin 50 yaşı tamam olur.

BAKU.WS xəbər verir ki, Qurban Qurbanov 13 aprel 1972-ci ildə Zaqatala rayonunun Aşağı Tala kəndində anadan olub. Üç bacısı, iki qardaşı olan Qurban valideynlərinin sonuncu övladıdır. Uşaq vaxtlarından futbolla məşğul olub. 9-cu sinifdə oxuyarkən məşqçi Şaban Şirdanov onu “Daşqın” Zaqatala klubuna gətirib. 

Onun peşəkar karyerası doğma Zaqatalanın “Daşqın” komandası ilə başlayıb. Daha sonra onun karyerası “Alazani” (Gürcüstan), “Turan” (Tovuz), “Kür-Nur” (Mingəçevir), “Neftçi”, “Dinamo” (Stavropol, Rusiya), “Baltika” (Rusiya), “Fakel” (Rusiya), “Neftçi”, “Volqar-Qazprom” (Rusiya), “Neftçi” və “İnter” komandalarında davam edib.

Futbolçu karyerasını bitirdikdən sonra “İnter” klubunda idman direktoru kimi işə başlayan Q.Qurbanov “Neftçi”də 2006-2007-ci illərdə baş məşqçi işləyib. O, 2008-ci ildən türkiyəli məşqçi Rasim Karanı əvəzləyərək “Qarabağ”a baş məşqçi təyin olunub. Bu müddətdə o, “Qarabağ”a 7 dəfə çempionluq yaşadıb, 4 dəfə Azərbaycan kubokunu qazandırıb. 2017/18 mövsümündə “Qarabağ”la Çempionlar Liqasının qrup mərhələsinə vəsiqə qazandırmaqla Azərbaycanda bu nəticəyə imza atmış ilk və hələ ki yeganə baş məşqçi kimi tarixə düşüb.

Həm futbolçu, həm baş məşqçi kimi Azərbaycan kubokunu qazanan ilk mütəxəssisdir. O, konfrans Liqasının 1/8 finalında “Marsel”lə Bakıdakı görüşündə İbrahima Vadjinin əllə vurduğu qol qeydə alındıqdan sonra futbolçularla məsləhətləşərək hakimə topu ləğv etməyi bildirərək feyr-pleyə imza atıb.

Qurban Qurbanov evlidir, Musa və Zəhra adlı 2 övladı var. Musa “Qarabağ” futbol klubunun və Azərbaycanın U-19 millisinin oyunçusudur.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × two =