Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700-ə yaxın obyektini vurub
Rusiya hərbçiləri Ukrayna ordusunun daha 700-ə yaxın obyektini vurub.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi, general-mayor İqor Konaşenkov bu gün keçirdiyi brifinqdə bildirib.
“Raket qüvvələri və artilleriya düşmənin 693 hədəfini, o cümlədən 676 canlı qüvvə və texnikanın cəmləşdiyi ərazini, 11 komanda məntəqəsini, 5 maddi-texniki təchizat anbarını vurub”, – Rusiya MN sözçüsü vurğulayıb.
Konaşenkov Rusiya Hava Kosmik Qüvvələrinin operativ-taktiki aviasiyasının Ukraynanın 46 hərbi obyektini vurduğunu vurğulayıb.
Apa.az