Quşun Baydenin kostyumunu bulaşdırması onu gülünc vəziyyətə saldı-video

Bayden ABŞ-da inflyasiya ilə bağlı çıxışında infilyasiyanı Putinin Ukraynaya hücumu ilə əlaqələndirib. Elə bu zaman bir quş onun kostyumun bulaşdırıb və nəticədə Bayden gülünc vəziyyətə düşüb.
Prezident Co Bayden inflyasiya ilə bağlı çıxışı zamanı kostyumunu quşun bulaşdırmasından sonra, kiberməkan istifadəçiləri, media və respublikaçı şəxsiyyətlər tərəfindən ələ salınıb.
The New York Post yazır ki, çərşənbə axşamı Ayova ştatında taxıl anbarında çıxışı zamanı qanadlı bir tamaşaçı Ali Baş komandanın nitqini sabotaj edib. Hətta onlar da Baydeni quşları tənqid edir.
Bu hadisədən sonra deyəsən, Bayden kostyumundakı Amerika bayrağı sancağının bir az yuxarısında olan ləkəni görməyib. Çıxışının sonunda oradakı onlarla qonaqla görüşüb. Heç kəs paltarının pis vəziyyətdə olması barədə ona məlumat verməyib.
Klermont İnstitutunun kommunikasiya direktoru Nik Şort hadisəni belə təsvir edib: Bir quş Baydenin infilyasiyasını izah etdi.
Respublikaçılar Partiyasında işləyən Jake Schneider deyib: “Bayden administrasiyasının vəziyyəti belədir.”
Heritage Fondunun kommunikasiyalar üzrə direktoru Con Kuper yazır: “Onilliklərin ən pis inflyasiyasını yaratdığınız zaman, quşlar da sizi sabotaj edir.”
Respublikaçı Partiyasının sürətli reaksiya direktoru Tommy Pigott yazıb: “Hətta quşlar belə siz inflyasiya haqqında yalan danışdığınızı bilir.”
Kyle Becker, jurnalist tweet etdi: “Bu, yəqin ki, ağ başlı qartal idi.”
Townhall Rəqəmsal Əməliyyatlar Meneceri Kevin Mc Mahon tweet etdi:
“O, yəqin ki, bu sabotaja görə Vladimir Putini günahlandıracaq, elə deyilmi?”
CBS News və Yoqa İnstitutunun apardığı son sorğular ABŞ Prezidenti Co Baydenin reytinqinin ən aşağı həddə çatdığını göstərir.
Sorğuya görə, Baydenin populyarlığı aprelin əvvəlində CBS News kanalının sorğusunda 42%-ə düşüb ki, bu da qeydə alınan ən aşağı rəqəmdir. Respondentlərin 58 faizi onun Prezident kimi fəaliyyətini bəyənmədiyini bildirib.