Azərbaycan Respublikasında İran filmləri və seriallarının yayımı bərpa olunub

Azərbaycan Respublikasının müxtəlif televiziya kanallarında İran seriallarının və filmlərinin yenidən yayımına başlanılıb.
Mədəniyyət və media diplomatiyası və iki dost və qonşu ölkə olan İran və Azərbaycan Respublikası arasında mədəni əlaqələrin gücləndirilməsi istiqamətində və İran səfirinin AZTV kanalının rəhbəri ilə görüşündən sonra, kanalla İranın radio və televiziyası arasında anlaşma memorandumu imzalanıb. Nəticədə Azərbaycan Respublikasının televiziya kanallarında İran filmlərinin və seriallarının yayımı bərpa edilib.
Bununla əlaqədar olaraq bu həftənin bazar günü “Mədəniyyət” televiziya kanalında (2015-ci il istehsalı olan) “Ayaqqabılarım haradadır?” filmi yayımlanıb və xalq tərəfindən böyük rəğbətlə qarşılanıb.
Həmçinin, uzun illər əvvəl Space kanalında yayımlanan və bu kanalın izləyiciləri tərəfindən rəğbətlə qarşılanan Yusif Peyğəmbərlə (ə) bağlı dini-tarixi serial Ramazan ayına bir həftə qalmış saat 20:00-da MTV-də yayımlanıb.
Bundan əlavə, digər filmlər, o cümlədən, “Roma Şahzadəsi” Azərbaycan Respublikasının paytaxtının əsas kinoteatrlarında, sonra isə televiziyada nümayiş etdiriləcək.