Yəmən atəşkəsi yenidən pozdu: Səudiyyə koalisiyası üç gəmini ələ keçirib

Yəmən atəşkəsi yenidən pozdu: Səudiyyə koalisiyası üç gəmini ələ keçirib

Yəmən Neft Şirkəti rəsmisi Səudiyyə-BƏƏ təcavüzkar koalisiyasının piratçılığını davam etdirərək üç Yəmən gəmisini ələ keçirdiyini vurğulayıb

Yəmən Neft Şirkətinin rəsmi sözçüsü İsam Yəhya Əl-Mütəvakil cümə axşamı günü Səudiyyə Ərəbistanı-BƏƏ təcavüzkar koalisiyasının atəşkəsi yenidən pozduğunu açıqlayıb.

Ənsarullah xəbər saytı Əl-Mütəvakilə istinadən bildirib ki, təcavüzkar koalisiya dəniz quldurluğunu davam etdirir. Belə ki, 29 min 976 ton dizel daşıyan “Harvest” gəmisi ələ keçirilib.

O, vurğulayıb ki, təftiş və BMT-nin icazəsinə baxmayaraq, təcavüzkar koalisiya gəmini ələ keçirib. Beləliklə, ələ keçirilən neft gəmilərinin sayı üçə çatır, halbuki, onların hamısı BMT tərəfindən yoxlanılıb və lisenziyalaşdırılıb.

Məlumata görə, Səudiyyə-BƏƏ koalisiyası əldə olunmuş atəşkəs razılaşmasını bir həftə ərzində 1647 dəfə pozub. Təcavüzkar koalisiyasının Yəməndəki fəaliyyətləri bir sıra Yəmən vətəndaşları və döyüşçülərinin şəhadəti və yaralanması, həmçinin, Yəmənin mülkiyyətinə və kənd təsərrüfatı torpaqlarına ziyan vurması ilə nəticələnib.

Bu arada BMT-nin Yəmən üzrə xüsusi nümayəndəsi Hans Qrundberq aprelin 2-sində Yəməndə atəşkəsin başladığını açıqlayıb. Onun sözlərinə görə, Səna ilə Səudiyyə koalisiyası arasında atəşkəs əldə edilib və iki ay ərzində bütün hərbi əməliyyatlar dayandırılıb.

Qrundberq açıqlamasında bunları deyib: “Yəməndəki münaqişə tərəfləri BMT-nin aprelin 2-də saat 17.00-da qüvvəyə minən iki aylıq (humanitar) atəşkəs təklifinə müsbət cavab verib. Atəşkəsə görə, bütün quru, hava və dəniz hərbi əməliyyatları dayandırılacaq. Razılaşmanın şərtlərinə əsasən, 18 yanacaq daşıyan gəmi Əl-Hədidə limanlarına daxil olacaq və Səna hava limanından həftədə iki reysin istifadəsinə icazə veriləcək.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

8 − 5 =