BMT: Cənubi Sudanda 9 milyon insan aclıqdan ölmək ərəfəsindədir

BMT: Cənubi Sudanda 9 milyon insan aclıqdan ölmək ərəfəsindədir

Cənubi Sudanın 9 milyona yaxın sakini dünya bazarında ərzaqların qiymətinin xeyli qalxması və silahlı qruplaşmaların hərəkətləri səbəbindən ərzaq yardımına kəskin ehtiyac duyur.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Birləşmiş Millətlər Təşkilatının (BMT) Cənubi Sudandakı missiyasının (UNMISS) rəhbəri Nikolas Heysom bildirib.

“Cənubi Sudan əhalisinin üçdə ikisi və ya 9 milyona yaxın insan – bunlardan 4,6 milyonu uşaqdır – sağ qalmaq üçün köməyə ehtiyac duyur. Ərzaq qıtlığı ölkənin müxtəlif bölgələrində hiss olunacaq”, – o Afrika ölkəsinin paytaxtı Cubada keçirdiyi mətbuat konfransında deyib.

N.Heysom ölkənin təcili və daimi maliyyəyə ehtiyacı olduğunu vurğulayıb. “Yalnız dünya birliyinin birgə səyləri Cənubi Sudanda ən pis hadisələrin qarşısını ala bilər”, – o söyləyib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

seventeen + 2 =