60 min fələstinlinin iştirakı ilə Əl-Əqsa məscidində cümə namazı qılınıb-Foto
Sionist rejimin məhdudiyyətlərinə və işğalçıların bu gün Məscidül-Əqsaya hücumlarına baxmayaraq, 60 min fələstinli bu müqəddəs məkanda namaz qılıb.
Fələstin İslam Vəqfi İdarəsi sionist hərbçilərin məhdudiyyətləri və işğalçı qüvvələrin fələstinli ibadətçilərə qarşı fəaliyyətlərinə baxmayaraq, 60 min fələstinlinin Əl-Əqsa məscidində cümə namazı qıldığını açıqlayıb.
Məscidül-Əqsanın həyəti bu gün döyüş meydanına çevrildi və sionistlər oruc tutmuş namazqılanlara hücum edərək onlarla insanı həbs etdilər.
İşğalçıların hücumu və altı saatdan çox davam edən qarşıdurmaların nəticəsində 200-ə yaxın şəxs yaralanıb və 450 nəfər həbs edilib.
Səs bombaları və dəyənəklər, bibər qazı, söyüş və təhqir və döyülmələr sionistlərin Məscidül-Əqsandakı ibadət edənlərin çıxarılması üçün istifadə edilən vasitələr arasında idi və bu, məscidin daxilində onlarla insanın mühasirəyə alınması ilə eyni vaxta düşüb.
Əl-Əqsa məscidinin boşaldılması və Qubbətus-Səxrə məscidində bəzilərinin mühasirəyə alınmasından sonra, əsgərlər silahlı şəkildə məscidə hücum ediblər.
Orada olanları döyərək silahlarını onlara tuşlamış və onları Bab əl-Məğarəbənin həyətini tərk etməyə məcbur etmişlər. Onlarla məhbusun mobil telefonları, sənədləri müsadirə olunub.
Fələstinli vəkil Firas əl-Cəbirini deyib: “Təxminən 450 nəfər həbs edilib.
Fələstin Qırmızı Aypara Cəmiyyəti elan edib: “Kadrlarımız hücuma məruz qalıb və yaralılara yardım göstərməyimizin qarşısını alınıb. Həmçinin, təcili yardım maşınlarımız və əməkdaşlarımıza hücumlar edilib.”
Fələstin vəqf rəsmiləri də onların döyüldüyünü və bəzilərinin başından yaralandığını bildiriblər.