Həniyyə: İstənilən şəraitdə Məscidül-Əqsanı müdafiə edəcəyik

Həniyyə: İstənilən şəraitdə Məscidül-Əqsanı müdafiə edəcəyik

HƏMAS siyasi bürosunun rəhbəri Məscidül-Əqsada baş verən hadisələrə cavab olaraq deyib: “İşğalçılara Qüds və Məscidül-Əqsada yer yoxdur.”

HƏMAS-ın siyasi bürosunun rəhbəri İsmayıl Haniyyə “Bizim qərarımız nəyin bahasına olursa-olsun Əl-Əqsa məscidini müdafiə etmək və dəstəkləməkdir.” -deyib.

O, əlavə edib: “Qüdsdə və Məscidül-Əqsada quldurlara və işğalçılara yer yoxdur. Biz iradə və kimlik döyüşündə nə qədər uzun sürsə də qalib gələcəyik.”

Haniyə deyib: Sionistlərin işğalçılığı və sionist hərbçilərin Məscidül-Əqsaya hücumu qarşısında iki seçim var, ya Məscidül-Əqsada işğalçılıq və hücum və qurban kəsmək, yaxud da Qüds və Məscidül-Əqsanın qorunması və islami kimliyinin bərpası.

O, əlavə edib: “Biz qərar qəbul edən Fələstin xalqı və İslam ümmətiyik və bizim qərarımız Məscidül-Əqsanı müdafiə etmək və nəyin bahasına olursa olsun onu dəstəkləməkdir.”

Bu arada İordaniya Xarici İşlər Nazirliyi sionist hərbçilərin Məscidül-Əqsaya hücumuna reaksiya verib.

İordaniya Xarici İşlər Nazirininliyinin sözçüsü Heysəm Əbulful deyib:

Məscidül-Əqsaya və ibadət edənlərə hücumu qəti şəkildə pisləyirik. O, işğalçıları qüvvələri bu müqəddəs yerdən dərhal çıxarmağa çağırıb.

İordaniya Xarici İşlər Nazirliyinin sözçüsü vəziyyətin gərginləşməsi və təhlükəsi barədə xəbərdarlıq edərək, ibadət edənlərin sağlamlığı barədə sionist rəsmiləri ittiham edib.

Sionist hərbçilər bu səhər Məscidül-Əqsaya hücum edərək onlarla fələstinlini həbs edib və çoxlarını yaralayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

ten + 4 =