Ənsarullah: İslam xalqları Fələstin xalqının müqavimətini dəstəkləmək üçün ciddi addımlar atmalıdır

Ənsarullah: İslam xalqları Fələstin xalqının müqavimətini dəstəkləmək üçün ciddi addımlar atmalıdır

Yəmənin Ənsarullah Hərəkatının siyasi bürosu bugünkü sionist hərbçilərin Məscidül-Əqsaya hücumunu pisləməklə yanaşı, bu hadisələrin İslam xalqlarından Fələstin xalqının müqavimətini dəstəkləmək üçün ciddi addım atmalarını tələb etdiyini vurğulayıb.

Yəmənin Ənsarullah hərəkatının siyasi bürosu bu gün sionist hərbçilərin Məscidül-Əqsada fələstinli ibadətçilərə qarşı hücumunu və onların müsəlmanların birinci qibləsinin müqəddəsliyinə hörmətsizliyi pisləyib.

Hərəkatın bəyanatında deyilir: “İsrailin iştismarına qəhrəmancasına cavab verən Fələstin xalqına salam olsun.”

Ənsarullahın siyasi ofisi vurğulayıb: “İşğal olunmuş Fələstində baş verən hadisələr ərəb və islam xalqlarından Fələstin xalqının sabitlik və müqavimətini dəstəkləmək üçün ciddi addımlar atmağı tələb edir.”

Bəyanatın sonunda deyilir: “Fələstində baş verən proseslər düşmənin kobudluğu və onlara güzəştə gedən xain rejimləri qarşısında Fələstin xalqının yanında olmağı tələb edir.”

Sionist hərbçilər bu gün səhər saatlarında Məscidül-Əqsaya hücum edərək 150-dən çox fələstinlini yaralayıb, 300 nəfəri isə həbs ediblər.

Fələstin müqavimət qrupları sionistlərin vəhşiliyinə cavab olaraq Qüdsdəki Əl-Əqsa məscidi və fələstinli soydaşlarını müdafiə etmək üçün silaha sarılmağa hazır olduqlarını vurğulayıblar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

20 − nineteen =