Mahir Emreli “Dinamo”da 2-ci qolunu vurdu, komandası qələbə qazandı – VİDEO

Mahir Emreli “Dinamo”da 2-ci qolunu vurdu, komandası qələbə qazandı – VİDEO

Azərbaycan millisinin futbolçusu Mahir Emreli Xorvatiyanın “Dinamo” (Zaqreb) klubunda növbəti oyununu keçirib.

BAKU.WS “Report”a istinadən xəbər verir ki, 25 yaşlı hücumçu 1-ci Liqanın XXXI turunda “İstra” ilə ev matçının iştirakçısı olub.

Meydana start heyətində çıxan forvard 50-ci dəqiqədə komandasının sonuncu qoluna imza atıb. O, 72-ci dəqiqədə Bruno Petkoviçlə əvəzlənib.

Görüş meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Digər iki qolu 8-ci və 45+1-ci dəqiqələrdə Mislav Orşiç vurub.

Beləliklə, “Dinamo” bu qələbədən sonra xallarını 66-ya çatdıraraq zirvədəki yerini möhkəmləndirib. 26 xalı olan “İstra” isə 9-cu sırada qərarlaşıb.

Qeyd edək ki, Mahir Emreli XXX turda “Riyeka”ya qarşı çempionat matçında da fərqlənib.

BAKU.WS

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

1 × 3 =