AB-dən Netanyahunun həbs tələbinə reaksiya

AB-dən Netanyahunun həbs tələbinə reaksiya

Avropa Birliyinin baş diplomatı Jozep Borrell Beynəlxalq Cinayət Məhkəməsi prokurorunun İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS liderlərinin həbsinə order verilməsi tələbini şərh edib.

Baş diplomat bu barədə X səhifəsində yazıb.

“Müstəqil beynəlxalq qurum kimi BCM-in mandatı beynəlxalq hüquq normalarına uyğun olaraq ən ağır cinayətləri təqib etməkdir”, – Borrell bildirib.

Qeyd edək ki, Beynəlxalq Cinayət Məhkəməsinin prokuroru İsrail Baş naziri Benyamin Netanyahu, müdafiə naziri Yoav Qallant və HƏMAS-ın 3 liderinin – Yəhya Sinvar da daxil olmaqla – həbsinə order verilməsini tələb etmişdi.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

five × four =