AB Gürcüstanda siyasi dialoqun təşkil edilməsi üçün vasitəçi təyin edib
Gürcüstan səfərindən sonra Avropa Şurasının prezidenti Çarlz Mişel özünə xüsusi nümayəndə təyin edib, nümayındəyə bu ölkədə hökumət və müxalifət arasında siyasi dialoqda vasitəçilik etmək tapşırığı verilib.
“TASS” bu barədə Avropa Şurasının mətbuat xidmətinə istinadən məlumat yayıb.
Bu vəzifəyə İsveçdəki Avropa Komissiyasının keçmiş rəhbəri Kristian Danielson təyin edilib.
Salamnews