AB, İtaliya və Almaniya səfirləri Türkiyə XİN-ə çağırılıb
Bundesver ordusunun Aralıq dənizində üzən türk gəmisi “Rosaline A”da axtarış aparmaq təşəbbüsü ilə əlaqədar AB və İtaliyanın səfirləri, həmçinin Almaniyanın müvəqqəti işlər vəkili Türkiyə Xarici İşlər Nazirliyinə çağırılıb.
SalamNews xəbər verir ki, bu barədə “TASS”a Türkiyə Xarici İşlər Nazirliyindəki mənbə məlumat verib.
“Xarici işlər nazirinin müavini Sedat Önal, “İrin” əməliyyatı çərçivəsində ticarət gəmimiz “Rosaline A”da ölkəmizin icazəsi olmadan axtarış aparmaq cəhdləri ilə əlaqədar bu ölkələrə etiraz notası verib. Notada qeyd edilir ki, baş verən hadisə beynəlxalq hüquqa ziddir və ölkəmiz təzminat tələb etmək haqqına sahibdir”, agentliyə mənbə bildirib.
Qeyd edək ki, Türkiyə Xarici İşlər Nazirliyi bu insidenti pisləyib.