ABŞ 19 yaşlı iranlı hakeri axtarışa verdi – FOTO
İslamazeri.com “İzvestiya”-ya istinadən xəbər verir ki, ABŞ saytlarını qıraraq iranlı general Qasim Süleymaninin şəkillərini yerləşdirib “ABŞ-a ölüm” kimi şüarlar yazan iranlı hakerə qiyabi hökm oxunub və onlar axtarışa veriliblər.
Bu barədə ABŞ Ədliyyə Nazirliyi məlumat yayıb.
ABŞ tərəfi iddia edir ki, kiberhücumların arxasında 19 yaşlı iranlı Behzad Məhəmmədzadə və 25 yaşlı fələstinli Mərvan Əbusrur durur. Təşəbbüskarın isə 19 yaşlı gəncin olduğu deyilir.
Bildirilir ki, onlar mindən çox sayta oxşar hücumları ediblər.