ABŞ 400 km məsafədəki hədəfi aşkarlayan yeni təyyarə aldı, Çin hərəkətə keçdi

ABŞ Hərbi Hava Qüvvələri (HHQ) yarı hücum, yarı casus təyyarə hesab olunan “E-7” erkən xəbərdarlıq və nəzarət təyyarələrini (AWACS) alacaqlar.
Yeni təyyarə “Multi-role Electronically Scanned Array” (MESA) radarı ilə təchiz olunub. “E-7” 400 kilometrə qədər məsafədə dəniz və hava hədəflərini aşkar edə bilir. Radar uzunluğu 10 metrdən çox olan korpusda yerləşir.
“E-7” elektron kəşfiyyat tapşırıqlarını yerinə yetirmək, təhlil üçün düşmən haqqında məlumat toplamaq qabiliyyətinə malikdir. Bu məlumat düşmən radar sistemlərini izləməyə və susdurmağa imkan verəcək. “E-7”lər həmçinin hədəf məlumatlarını qırıcılara və zərbə təyyarələrinə ötürə bilər.
https://baku.tv/embed/74990 Ekspertlərin sözlərinə görə, erkən xəbərdarlıq və nəzarət təyyarələri düşmənlə döyüşdə əsas hədəfdir, çünki onların məhv edilməsi Hərbi Hava Qüvvələrinin döyüş qabiliyyətini sarsıda bilər. Çində hazırlanmış 200 kilometr mənzilli “PL-15” hava-hava raketi də məhz AWACS təyyarələrini məhv etmək üçün nəzərdə tutulub.
Mənbə: Popular Mechanics