ABŞ-a qarşı gələcək müharibənin hansı şəkildə olacağı açıqlandı

ABŞ-a qarşı gələcək müharibənin hansı şəkildə olacağı açıqlandı

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, İraqdakı Kətaib Seyid əl-Şühəda müqavimət qrupunun sözçüsü Kazim əl-Fərtousi İraq Müqavimət Koordinasiya Komitəsinin bəyanatından sonra şənbə günü Rudaw telekanalına müsahibəsində qruplaşmanın baş katibinin son bəyanatını şərh edib.

İraq Müqavimət Qruplarının Koordinasiya Komitəsi dünən günortadan sonra ABŞ hərbçilərinin İraqı tərk etməsinə dair heç bir əlamət görmədiyini və yalnız müəyyən müddət ərzində xarici qoşunların İraqı tərk etməsini gözləyəcəyini açıqlayıb.

Bəyanatın ardınca Kətaib Seyid əş-Şühədanın baş katibi müqavimət qruplarını hazırlıqlarını artırmağa və Amerika işğalçılarına qarşı qəti mübarizəyə hazır olmağa çağırıb.

Kətaib Seyid əş-Şühədanın sözçüsü Rudaw-a müsahibəsində belə deyib: “Hökumət Baş nazir Mustafa Əl-Kazıminin ABŞ-a səfəri zamanı elan etdiyi tarixlərlə əlindən gələni etdi və nəticədə ABŞ tərəfindən rədd edilib-edilməməsindən asılı olmayaraq, bu, bir qarşılıqlı öhdəlik oldu.”

Əl-Fərtousi belə qeyd edib: “Baş nazir Mustafa Əl-Kazimi ABŞ-a getməzdən əvvəl biz bunun bir növ görmə xətası olduğunu və onların İraqı tərk etmək niyyətində olmadığını bilirdik və bu məsələni amerikalı generalların özləri də təsdiq etdilər.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

12 + ten =