ABŞ Avropaya əlavə hərbçi və aviasiya vasitələri göndərir

ABŞ Avropaya əlavə hərbçi və aviasiya vasitələri göndərir

ABŞ-ın Müdafiə naziri Lloyd Ostin Ukraynadakı vəziyyətlə əlaqədar Avropanın müxtəlif regionlarına əlavə qoşun və hərbi vasitələr göndərilməsi əmri verib.

APA-nın CNN-ə istinadən xəbərinə görə, Pentaqon rəsmisi bildirib ki, Müdafiə departamenti ümumilikdə 500 əlavə hərbçinin göndərilməsini planlaşdırır. Bundan başqa, qərar Yunanıstana “KC-135” tipli yanacaqdaşıyan təyyarənin göndərilməsini də nəzərdə tutur. Bununla belə, əlavə neçə təyyarənin göndəriləcəyi ilə bağlı məlumat verməyib.

Bundan başqa, Polşa və Rumıniyaya hava dəstəyi əməliyyatı mərkəzinin, Almaniyaya isə sursat təminatı və texniki dəstək bölmələrinin yerləşdiriləcəyi bildirilib.

Pentaqon rəsmisi qeyd edib ki, əlavə yerləşdirmədən sonra ABŞ-ın Avropada rotasiya və ya daimi qaydada mövcud olan hərbi personalının sayı təxminən 100 000 nəfər təşkil edəcək.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 + 3 =