ABŞ Avstraliyaya dörd “B-2 Spirit” yerləşdirib
ABŞ Hərbi Hava Qüvvələri Çinə görə Avstraliyaya daha dörd “B-2 Spirit” strateji gizli bombardmançı təyyarə yerləşdirib.
“Report” xəbər verir ki, bu barədə peyk şəkillərinə istinadən “The Drive” nəşri yazıb.
Nəşrin məlumatına görə, bu günə qədər ABŞ Avstraliyada “B-2 Spirit” donanmasının 20%-ni yerləşdirib. Bildirilib ki, təyyarənin ikisi ABŞ-dan Avstraliyaya iyulun 10-da, daha ikisi isə iyulun 12-də gedib.
Qeyd edək ki, Çin Xalq Azadlıq Ordusu avqustun 4-də ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Tayvana səfəri fonunda Tayvan ətrafındakı altı ərazidə genişmiqyaslı canlı atəşli hərbi təlimlərə başlayıb. Təlimlər avqustun 7-dək davam edəcək.
Report.az