ABŞ BƏƏ-yə “F-35” qırıcılarını satmaq istəyir

ABŞ BƏƏ-yə “F-35” qırıcılarını satmaq istəyir

ABŞ Prezidenti Donald Trampın administrasiyası Konqresi qeyri-rəsmi şəkildə xəbərdar edərək Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) “F-35” təyyarələri satmaq niyyətində olduğunu bildirib.

SalamNews İnterfaks-a istinadən xəbər verir ki, bunu ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Eliot Engel bildirib.

“Bu texnologiya Fars körfəzindəki hərbi tarazlığı əhəmiyyətli dərəcədə dəyişdirəcək və İsrailin hərbi üstünlüyünə təsir edəcək”, Engel bildirib.

Daha əvvəl Konqresdən verilən məlumata görə, BƏƏ-yə satılması planlaşdırılan silah paketinə təxminən 10 milyard dollar dəyərində 50 ədəd “F-35” təyyarəsi daxildir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

sixteen + 1 =