ABŞ bazasında qətllər, zorlanmalar: Çox sayda hərbçi qovuldu
Az.shafaqna.com RİA-ya istinadən xəbər verir ki, Texasdakı Fort-Xud hərbi bazasında xidmət etmiş 14 zabit və sıravi əsgər çox sayda hərbi qulluqçunun ölümündən, həmçinin cinsi zorakılıq hallarından sonra tutduqları vəzifələrdən qovulublar və ya uzaqlaşdırılıblar.
Bu barədə ABŞ Quru Qoşunları Nazirliyinin başçısı Rayan Makkarti məlumat verib.
O deyib ki, sözügedən hərbi bazadakı problemlər “birbaşa rəhbərliyin xətaları ilə bağlıdır”.
Vəzifədən azad edilənlər arasında general-mayor Skot Efflandt, həmçinin general-mayor Ceffri Broaduoter var.
ABŞ ordusunun məlumatlarına əsasən, 2014-2019-cu illər ərzində Fort-Xud bazasında hər il ortalama 129 ağır cinayət, o cümlədən də qətllər, cinsi zorakılıqlar, oğurlanmalar, qarətlər və hücumlar törədilib.
Cari ilin yay aylarında baza yaxınlığında 26 yaşlı Medjhor Mortun cəsədi, Vasess Hillenin qalıqları, həmçinin Qreqori Moralesin qalıqları aşkar edilib. Vanesse Hillenin öz silahdaşları tərəfindən öldürüldükdən sonra doğrandığı bəlli olub.
Bundan başqa, bir müddət öncə adıçəkilən bazadan xidmət etmiş 23 yaşlı Elder Fernandesin qalıqları da tapılıb. O, itkin düşməmişdən öncə “təhqiredici cinsi əlaqənin” qurbanı olduğunu bildirmişdi.
Bildirilir ki, təkcə 2020-ci ildə Fort-Hudda 28 hərbi qulluqçu ölüb.