ABŞ bildiyini edir, Çin isə…

ABŞ bildiyini edir, Çin isə…

Publika.az xəbər verir ki, bunu Çin Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi Tan Kefei deyib.

“Çin ABŞ-ın Tayvana silah satmasına qəti şəkildə qarşıdır. ABŞ-ın hərəkətləri Çinin daxili işlərinə kobud müdaxilədir. “Vahid Çin” prinsipini və Çin-ABŞ birgə üç kommünikesinin müddəalarını ciddi şəkildə pozur. Çinin suverenliyi və təhlükəsizlik maraqlarına ciddi zərbə vurur, ölkədə sülh və sabitliyə ciddi təhlükə yaradır”, – o, deyib.

“Çin Xalq Azadlıq Ordusu hər an “müstəqillik” təxribatlarına və xarici qüvvələrin müdaxiləsinə qarşı durmağa, milli suverenliyi və ərazi bütövlüyünü qətiyyətlə müdafiə etməyə həmişə hazır olub”, – deyə Çin Müdafiə Nazirliyinin nümayəndəsi yekunda vurğulayıb.

Publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen − sixteen =