ABŞ “Bloomberg News”, “The Associated Press” və “Reuters“ kimi KİV-lərə abunəlikləri ləğv edib

ABŞ-də prezident Donald Tramp administrasiyasının federal ixtisarları media qurumlarına da təsir edib.
B u haqda “Washington Post“ qəzeti məlumat yayıb.
ABŞ Dövlət Departamenti ilk dəfə fevralın 11-də dünyadakı diplomatik nümayəndəliklərdən missiya baxımından o qədər də lazım olmayan media abunələrinin ləğv edilməsi təlimatını verib.
Fevralın 14-də isə Dövlət Departamentinin əməkdaşlarına “The Economist”, “The New York Times“, “Politico”, “Bloomberg News”, “The Associated Press” və “Reuters“ kimi KİV-lərə abunəlikləri ləğv etmək tapşırılıb.
Qeyd olunub ki, departament işçiləri müəyyən abunəliklərin saxlanmasına etiraz edə bilərlər, lakin bunun üçün ciddi əsaslar təqdim etməlidirlər.