ABŞ BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan edib

ABŞ BMT-dəki 12 rusiyalı diplomatı persona non qrata elan edib

Amerika Birləşmiş Ştatları Rusiyanın BMT-dəki 12 diplomatını persona non qrata elan edib və onlara martın 7-dək ölkəni tərk etməyi əmr edib.

“Report” xəbər verir ki, bu barədə Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vasili Nebenzya bildirib.

“Mən indicə məlumat aldım ki, ABŞ hökuməti Rusiyanın BMT-dəki missiyasına qarşı növbəti tədbir görərək, ev sahibi kimi öhdəliklərini kobud şəkildə pozub. Onlar Rusiya missiyasının əməkdaşlarından 12 nəfəri persona non-qrata elan edib və martın 7-dək ölkəni tərk etmək barədə xəbərdarlıq edib” – deyə diplomat qeyd edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eighteen + thirteen =