ABŞ BMT TŞ-də Qəzza ilə bağlı yeni qətnamənin qəbulunu faydasız hesab edir

ABŞ BMT Təhlükəsizlik Şurasında (TŞ) Qəzza zolağı ilə bağlı yeni qətnamənin qəbulunun faydalı olmayacağını və mövcud vəziyyətə təsir göstərə bilməyəcəyini hesab edir.
Bu barədə jurnalistlərə açıqlamasında ABŞ-ın təşkilatdakı daimi nümayəndəsinin müavini Robert Vud bildirib.
“Mövcud vəziyyətlə bağlı hər hansı əlavə məhsul, yəqin ki, faydalı olmayacaq və yerdəki vəziyyəti dəyişməyəcək”, – o deyib.
Xatırladq ki, mayın 28-də Əlcəzair Rəfahdakı döyüşlərin dayandırılmasına çağırışın olacağı qətnamə layihəsini BMT TŞ-yə təqdim edəcəyini açıqlayıb.