ABŞ Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək

ABŞ Cənubi Koreyaya nüvə sualtı qayığı göndərəcək

ABŞ ölkələr arasında KXDR-dən gələn təhdidlərin qarşısının alınmasının gücləndirilməsinə dair razılaşma çərçivəsində Cənubi Koreyaya “Ohio” sinifli ballistik raket sualtı qayıq göndərəcək.

“Report” “Yonhap”a istinadən xəbər verir ki, bu barədə Pentaqonun spikeri Patrik Rayder deyib.

Razılaşmaya əsasən, Amerika nüvə sualtı qayıqları mütəmadi olaraq sahil sularına səfər edəcək. Bundan əlavə, ABŞ strateji qüvvələrinin komponentləri Cənubi Koreyaya daha tez-tez və daha uzun müddətə yerləşdiriləcək.

Rayder sualtı qayığın təhvil verilmə vaxtı və onun nüvə silahı ilə təchiz olunma ehtimalı barədə məlumat verməkdən imtina edib.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

9 + nineteen =