ABŞ Camal Qaşıqçı barədə hesabat verəcək

ABŞ Camal Qaşıqçı barədə hesabat verəcək

Sizinyol xarici KİV-ə istinadən xəbər verir ki, Co Bayden hökumətinin, Səudiyyə vəliəhdi Məhəmməd bin Salmanın 2018-ci ildə səudiyyəli tənqidçi-jurnalist Camal Qaşıqçının öldürülməsini əmr etdiyi qənaətinə gəldiyi hesabatı gələn həftə ictimaiyyətə açıqlanacaq.

“Vaşinqton Post” qəzetinin yazdığına görə, məxfilikdən xaric edilən bu hesabat, Milli Kəşfiyyat rəisinin ofisi tərəfindən hazırlanan Amerika kəşfiyyat cəmiyyətinin əldə etdiyi məlumatların xülasəsidir.

“Ağ Ev” sözçüsü bu barədə belə açıqlama verib: “Bu qanundur və biz qanuna əməl edirik. Əlbətdə ki, biz Səudiyyə Ərəbistanından insan haqları ilə bağlı keçmişini yaxşılaşdıracağını gözləyirik. Buna Səudiyyə həbsxanalarındakı qadın haqları fəalları və digər siyasi məhbusların sərbəst buraxılması da şamildir.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

eight − three =