ABŞ Çini dünya düzənini dəyişməyə qadir olan rəqib hesab edir

ABŞ Çini dünya düzənini dəyişməyə qadir olan rəqib hesab edir

ABŞ Çini mövcud dünya düzənini dəyişməyə qadir olan yeganə rəqib hesab edir.

“Report” xəbər verir ki, bu barədə ABŞ dövlət katibinin müavini Vedant Patel tviterdə yazıb.

Onun sözlərinə görə, bu məqsədlə Çin artıq iqtisadi, diplomatik, hərbi və texnoloji sahələrdə gücünü artırır.

Xatırladaq ki, bu ilin oktyabrında açıqlanan ABŞ-ın yeni müdafiə strategiyasında əsas təhlükə kimi Çin göstərilib.

Bundan başqa, Vaşinqton Pekini gələcək onilliklər üçün ən mühüm strateji rəqib hesab edir.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

fourteen − 4 =