ABŞ-də güclü zələzə olub
Kaliforniyanın cənubunda 5,1 maqnitudalı zəlzələ baş verib.
APA xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.
Zəlzələnin episentri Oksnard şəhərindən 27 km şimal-qərbdə, Sakit okean sahilində yerləşən 207 minə yaxın insan yaşadığı ərazidə olub.
Zəlzələ ocağı yerin 10 km dərinliyində yerləşib.
Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan edilməyib.
Apa.az