ABŞ-də baş verən atışma nəticəsində azı 11 nəfər yaralanıb

ABŞ-nin Cənubi Karolina ştatında baş verən silahlı atışma nəticəsində azı 11 nəfər xəsarət alıb.
Oxu.Az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Hadisə Litl-River yaşayış məntəqəsində baş verib.
Hadisənin səbəbləri və zərərçəkənlərin vəziyyəti barədə hələlik məlumat verilmir.