ABŞ-də başında “buynuzlar” olan qəribə dovşanlar peyda olub

ABŞ-nin Kolorado ştatının Fort-Kollins şəhərində yerli sakinlər başlarında qəribə “buynuzlar” olan vəhşi dovşanlar görməyə başlayıblar.
Sakinlərin sözlərinə görə, belə dovşanlardan birini öz həyətində iki il ərzində müşahidə edib. Bu müddətdə heyvanın üzündəki “şüaya bənzər” çıxıntılar böyüyüb, lakin dovşan ölməyib.
Kolorado Parklar və Vəhşi Təbiət Departamenti izah edib ki, bu çıxıntılar əslində dəri üzərində yaranan ziyillər və ya xoşxassəli şiş hüceyrələridir. Onlar sağalması mümkün olmayan xüsusi bir virus səbəbindən əmələ gəlir.
Mütəxəssislər bildirirlər ki, bu xəstəlik yalnız dovşanlara təsir edir və digər heyvan növləri üçün təhlükə yaratmır.