ABŞ-də mer miqrantların saxlanma mərkəzində etiraz aksiyası zamanı saxlanılıb

ABŞ-də mer miqrantların saxlanma mərkəzində etiraz aksiyası zamanı saxlanılıb

Amerikanın Nyuark (Nyu Cersi) şəhərinin meri Ras Baraka qeyri-qanuni mühacirlərin müvəqqəti saxlanma mərkəzini tərk etməkdən imtina etdiyi üçün saxlanılıb.

“Report”un xəbərinə görə, bu barədə ABŞ prezidenti Donald Trampın müşaviri Alina Habba X sosial şəbəkəsindəki səhifəsində yazıb.

“Nyuark meri Ras Baraka qeyri-qanuni olaraq içəri daxil olub və Milli Təhlükəsizlik Təhqiqatlarının Nyuark İmmiqrasiya Təcridxanasını tərk etmək barədə çoxsaylı xəbərdarlıqlarına məhəl qoymayıb. O, nəzarətə götürülüb”, – paylaşımda deyilir.

CNBC-nin verdiyi məlumata görə, demokrat Barak prezident Donald Trampın Respublikaçılar administrasiyasının qeyri-qanuni immiqrasiya ilə mübarizə üçün gördüyü tədbirləri dəstəkləmir.

O, həmçinin Nyuarkda 1000 nəfər üçün nəzərdə tutulmuş qeyri-qanuni mühacirlərin saxlanması mərkəzinin açılmasına qarşı çıxıb. Cümə günü o, üç konqresmenlə mərkəzə baş çəkməyi və etiraz aksiyası keçirməyi planlaşdırsa da, saxlanılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

10 + 11 =