ABŞ-da Əbu-Dabi və Tel-Əviv lobbisi Ənsarullahı “terrorçu” adlandırıb

ABŞ-da Əbu-Dabi və Tel-Əviv lobbisi Ənsarullahı “terrorçu” adlandırıb

BƏƏ Yəmənin Ənsarullah hərəkatını “terrorçu” elan etmək üçün fəaliyyətlərini davam etdirir. Bu məqsədlə sionist rejimdən də istifadə edib.

İsrail rejimi ilə yaxından tanış olan rəsmilər “Times” qəzetinə bildiriblər ki, rejim Birləşmiş Ərəb Əmirliklərinin tələbi ilə Ənsarullahı terror qruplaşması elan etmək üçün Co Bayden hökumətinə təzyiq edir.

Xəbərdə deyilir ki, Yəmən ordusunun BƏƏ və Səudiyyə Ərəbistanına qarşı pilotsuz təyyarə və raket əməliyyatlarından sonra, Əbu-Dabi Ənsarullahı terrorçu elan etmək üçün təzyiqlərini artırıb və bunun üçün Təl-Əvivdən istifadə edib.

Bir sionist rəsmi Tel-Əvivin razılaşdığını və ABŞ hökumət rəsmilərinə Ənsarullahın terrorçu elan edilməsinin İranın bölgədəki təsirini azaldacağını bildirib.

Sionist rəsmi əlavə etdi: “Biz bunu təkcə BƏƏ xalqı üçün etmirik, lakin bu addımın hamının maraqlarına uyğun olduğuna inanırıq.”

Ərəb koalisiyası həmin gün yaydığı bəyanatda BƏƏ-nin Yəməndəki fəaliyyətləri və Sənanın dəfələrlə etdiyi xəbərdarlıqlara toxunmadan Ənsarullahın regionda sabitliyi pozmaq istədiyini və bunun dayandırılmasının zəruriliyni iddia edib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

5 − one =