ABŞ-da əlverişsiz hava nəticəsində 10 nəfər ölüb
Cümə günü ABŞ-ın cənub hissəsində tornado və leysan nəticəsində azı 10nəfər həlak olub.
APA-nın məlumatına görə, bu barədə “Reuters“ yerli hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Onların sözlərinə görə, tornado və leysana səbəb olan siklon ölkənin şimal-şərqinə doğru irəliləyir və burada güclü qar yağmasına səbəb ola bilər.
Apa.az