ABŞ-da atışma: Üç nəfər ölüb, iki polis yaralanıb

ABŞ-da atışma: Üç nəfər ölüb, iki polis yaralanıb

Amerika Birləşmiş Ştatlarının Nyu-Meksiko ştatının Farminqton şəhərində atışma baş verib.

APA xəbər verir ki, bu barədə yerli polis tvitter hesabında bildirib.

Hadisə nəticəsində üç nəfər həlak olub.

Polisin məlumatına görə, hüquq-mühafizə orqanlarının iki əməkdaşı da atışmada yaralanıb.

Şübhəli şəxs hadisə yerində güllələnib. Baş verənlərin təfərrüatları açıqlanmayıb.

Apa.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

17 + eight =