ABŞ-da atışma zamanı yeniyetmə öldürülüb, xəsarət alan var

ABŞ-da atışma zamanı yeniyetmə öldürülüb, xəsarət alan var

Çərşənbə axşamı ABŞ-ın İndiana ştatının İndianapolis şəhərində ticarət mərkəzi qarşısında axşam saatlarında baş verən atışma nəticəsində bir yeniyetmə öldürülüb, daha bir nəfər isə yaralanıb.

“Report”un xəbərinə görə, bu barədə hüquq-mühafizə orqanlarına istinadən “Associated Press” məlumat yayıb.

Məlumata görə, zərərçəkənin vəziyyəti sabit qiymətləndirilir. Cinayəti törətməkdə şübhəli bilinən şəxs hadisə yerindən qaçmayıb. Polis hesab edir ki, ictimaiyyət üçün heç bir təhlükə yoxdur.

Report.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

twenty − twelve =